SİYASƏT


ATƏT sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair bəyanat yayıb

Vyana, 17 oktyabr, AZƏRTAC

Bu il ATƏT-in fəaliyyətdə olan sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşü barədə bəyanat yayıb.

AZƏRTAC-ın məlumatına görə, ATƏT-in rəsmi səhifəsində yerləşdirilmiş bəyanatda bildirilir ki, ATƏT-də sədrliyi həyata keçirən Avstriya tərəfi prezidentlərin görüşünü diqqətlə izləyib və hər iki ölkə prezidentinin yeni səylərini alqışlayır.

Sədrliyin mətbuat nümayəndəsi bildirib: “Biz yeni impulsları və prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq”.

Bəyanatda, həmçinin qeyd edilib ki, sədrlik bu yeni səylərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacağına ümid bəsləyir. “Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərdiyi səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”,- deyə bəyanatda vurğulanır.

Elgün Niftəli

AZƏRTAC-n xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.