CƏMİYYƏT


ATGTİ "Avropa Gənclər Kartı" Assosiasiyasının 34-cü yubiley konfransında təmsil olunub

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGTİ) sədri, Milli Məclisin deputatı Şahin İsmayılov Lissabon şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının 34-cü konfransında iştirak edib.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, iyunun 5-dən 10-dək keçirilən konfrans Avropa Gənclər Kartının gəncləri ruhlandırması, onlara yeni biliklərin aşılanması, cəmiyyətə cəlb edilməsi, gənclərin yeni düşüncələri ilə dəyişiklik yaradan bir qüvvəyə çevrilməsi uğrunda istiqamətlərin axtarılmasına, daha üstün nailiyyətlərin əldə edilməsinə həsr olunub.

Konfransda ATGTİ-nin təqdimatı nümayiş etdirilib və ölkəmizdə həyata keçirilən gənclər siyasəti, "Azərbaycan Gəncliyi 2017-2021" Dövlət Proqramı haqqında danışılıb. Respublikada təhsil alan tələbələrə İttifaqın təşkilatçılığı ilə paylanılan Azərbaycan Tələbə Kartı barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycanda təhsil alan tələbələrin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə hazırlanmış Azərbaycan Tələbə Kartı tələbələrə tamamilə ödənişsiz paylanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.