CƏMİYYƏT


ATGTİ-də Meksika səfiri ilə görüş

Bakı, 17 aprel, AZƏRTAC 

Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) ofisində Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini ilə görüş keçirilib.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, İttifaqın sədri Faiq Məmmədov dövlətin gənclər siyasəti çərçivəsində reallaşdırılan layihələrdən söz açıb. Vurğulanıb ki, İttifaq üzvlərinin əksəriyyəti Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə könüllü qismində iştirak edir.

Rodriqo Labardini Meksika və Azərbaycan gəncləri arasında əlaqələrin yaradılmasının vacibliyini bildirib, səfirliyin ATGTİ-nin təbliğ etdiyi ekoloji layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.

Görüşdən sonra diplomat bir qrup tələbə qarşısında çıxış edərək, peşəsinin müxtəlif aspektlərinə toxunub, səfirliyin fəaliyyətindən söz açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.