MƏDƏNİYYƏT
ATİ-nin Turizm Təlim Mərkəzi kurslar təşkil edir
Bakı, 25 yanvar (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) Turizm Təlim Mərkəzi turizm və hotel sahələrinin mütəxəssisləri olmağı arzulayanlar üçün kurslar təşkil edir.
Təlim mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, kurslara 16 yaşı tamam olmuş, orta və natamam orta təhsilli gənclər yazıla bilərlər. Kurslarda qida və içki bölməsi (servis, bar, restoran, styuard), aşpaz və qənnadı ustası, qeydiyyat bölməsi/ön büro (reception, reservation, konserj), housekeeping bölməsi (təmizlik xidmətləri, çamaşırxana), turagent ve turoperator fəaliyyəti və bələdçi ixtisasları üzrə mütəxəssislər hazırlanacaqdır.
Turizm sahəsində bələdçi hazırlanması proqramına yalnız ali təhsilli, ən azı bir xarici dildə (rus, ingilis, alman, fransız) orta-yüksək və yüksək səviyyədə danışıq bacarığına malik olan şəxslər qəbul edilir.
Göstərilən tələblərə cavab verən namizədlər kurslara münsiflər heyəti tərəfindən keçirilən müsahibə əsasında qəbul olunacaqlar.
Kurslara qəbul olunmaq istəyənlər Azərbaycan Turizm İnstitutunun Turizm Təlim Mərkəzinə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]