ELM VƏ TƏHSİL
ATMU-da Özbəkistan İpək Yolu Universitetinin nümayəndələri ilə görüş olub
Bakı, 30 iyun, AZƏRTAC
Özbəkistan Respublikasının İpək Yolu Universitetinin səlahiyyətli nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetində olublar.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, görüşdə ATMU-nun rektoru İlham Mədətov ölkəmizdə turizmin müasir vəziyyəti, əldə olunan uğurlar, həmçinin iki ölkə arasında diqqətçəkən əlaqələrin inkişafından bəhs edib.
Görüşdə ATMU-da tədris prosesi, universitetlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən beynəlxalq təhsil, turizm layihələri çərçivəsində birgə iştirakla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ATMU ilə Özbəkistanın İpək Yolu Universiteti arasında akademik və elmi sahədə əməkdaşlıq 2019–cu ildən başlanıb.