ELM VƏ TƏHSİL


ATMU-da konfrans: Beynəlxalq turizm, menecment və mədəniyyət

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU ) “Beynəlxalq turizm, menecment və mədəniyyət” mövzusunda beynəlxalq konfrans keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbir universitetin Biznes idarəçiliyi fakültəsinin, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyində və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət dairəsində olan İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutunun (İKSAD) təşkilatçılığı ilə ənənəvi və onlayn formatda təşkil edilib.

Tədbiri ATMU-nın tədris işləri üzrə prorektoru professor Zaur Bağırov açaraq beynəlxalq konfransın mövzusunun əhəmiyyətini və aktuallığını vurğulayıb.

İKSAD-ın prezidenti Mustafa Lətif Emek dəvət üçün ATMU-nun rəhbərliyinə təşəkkürünü bildirərək gələcəkdə bu cür konfransların daha geniş tərkibdə keçirilməsinin məqsədəuyğun olduğunu söyləyib.

ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri dosent Nəsrullah Nəsirli, Biznes idarəçiliyi fakültəsinin dekanı dosent Vüqar Nəzərov, İqtisadiyyat kafedrasının müdiri Səkinə Hacıyeva və digər çıxış edənlər turizm, menecment və mədəniyyətin istənilən ölkənin vacib dəyərləri olduğunu vurğulayıb, Azərbaycan Prezidentinin bu dəyərlərə xüsusi önəm verdiyini bildiriblər. Eyni zamanda, Azərbaycanın dünyada böyük nüfuz qazandığı, ölkəmizin mötəbər yarışlara, konfranslara ev sahibliyi etdiyi diqqətə çatdırılıb. Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi, Zəfər Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı müstəsna hal kimi qiymətləndirilərək xüsusi qeyd edilib. Bildirilib ki, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında, yüksək təşkilatlanma və birlik nümayiş etdirilməsində Zəfər Qurultayının mühüm rolu oldu.

Sonda konfrans iştirakçıları mükafatlandırılıb.

Konfransa dünyanın 50-dən çox ölkəsindən məqalə və tezislər qəbul edilib. Proqramların hazırlanması və məqalələrin çap edilməsi ATMU və İKSAD-ın təşkilat komitəsi tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.