ELM VƏ TƏHSİL
ATMU-da mühazirə: Turizm sektorunda layihə təkliflərinin əsas meyarları və turizm agentliklərinin fəaliyyəti
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin tələbələrinə Menecment kafedrasının müəllimi Kamran Cəbrayılov və “Aviadesk travel” şirkətinin rəhbəri Hikmət Məmmədov tərəfindən “Turizm sektorunda layihə təkliflərinin əsas meyarları və turizm agentliklərinin fəaliyyəti” mövzusunda mühazirə keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə turizm resursları və məhsullarının təyin edilməsi, dünyada turizm sektorunun avtomatlaşdırılması, sosial şəbəkələrdə Azərbaycan turizminin təbliğində fəal iştirak və texniki vərdişlərin artırılması, turist axınının təşkili, turist məmnuniyyətinin təmini, turizm agentliklərinin fəaliyyətinə nəzarət edən yeni mexanizmlərin hazırlanması və s. barədə məlumat verilib. Gənclərə “booking.com”, “tripadvisor.ru” kimi onlayn platformaların imkanlarından yararlanmaqla müstəqil biznesin qurulmasını şərtləndirən informasiya zərfini təqdim ediblər.
Görüşün sonunda tələbələrin “Aviadesk” şirkətində təcrübə proqramından istifadə imkanları üzrə ilkin razılıq əldə edilib.