ELM VƏ TƏHSİL


ATMU keyfiyyət idarəetmə sistemi üzrə sertifikatını yeniləyib

ATMU keyfiyyət idarəetmə sistemi üzrə sertifikatını yeniləyib

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsində Norveç Krallığının “DNV AS” şirkətinin ölkəmizdəki nümayəndəliyi tərəfindən ISO 9001:2015 – keyfiyyət idarəetmə sistemi standartı üzrə yenidən sertifikatlaşdırma auditi keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Auditi uğurla tamamlayan Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması” üzrə ISO 9001:2015 - keyfiyyət idarəetmə sistemi üzrə sertifikatını yeniləyib.

Qeyd edək ki, Turizm və qonaqpərvərlik fakültəsi 2019-cu il noyabrın 20-də ISO 9001:2015 - keyfiyyət idarəetmə sistemi sertifikatına layiq görülüb. Həmin ildən etibarən vaxtaşırı audit keçirilən ATMU cari ildə sertifikatı yeniləyərək vaxtının növbəti üç il müddətinə uzadılmasına nail olub. Bu, universitetdə kadr hazırlığında keyfiyyətin beynəlxalq standartlara cavab verdiyini və buna uyğun təhsil siyasətinin həyata keçirildiyini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.