ELM VƏ TƏHSİL


ATMU nümayəndələri Fransada təlim proqramında iştirak ediblər

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) prorektoru professor Zaur Bağırov və şöbə müdiri Səidə Məmmədova Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda rektorlar konfransının yaradılması” adlı “Erasmus+” layihəsi üzrə Fransada təlim proqramında iştirak ediblər.

Bu barədə AZƏRTAC-a ATMU-dan bildirilib. Fransa Beynəlxalq Təhsil Təşkilatında keçirilən ilk tədbirə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, prorektorları, Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri, o cümlədən digər səlahiyyətli universitet nümayəndələri qatılıblar.

Rennes Universitetinin prezidenti David Alis tədbirdə onlayn formatda iştirakı zamanı “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxıb edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barəndə təcrübələrini bölüşüb.

Tədbirdə iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.