ELM VƏ TƏHSİL


ATMU-nun əməkdaşı Türkiyədə beynəlxalq tədbirdə ölkəmizi təmsil edib

Bakı, 23 aprel, AZƏRTAC

Türkiyənin Əskişəhər Osmanqazi Universiteti tərəfindən “Türk dünyası turizm fakültələrinin strateji əməkdaşlıq seminarı” keçirilib. Seminara Türkiyə ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda turizm sənayesi üçün kadr hazırlayan ali məktəblərin nümayəndələri qatılıb. Ölkəmizi bu tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov təmsil edib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, Əskişəhər Osmanqazi Universitetində keçirilən tədbirin açılış mərasimində ali məktəbin prorektoru, professor Əli Arslantaş, turizm fakültəsinin dekanı, professor Yaşar Sarı, Anadolu Universitetinin turizm fakültəsinin dekanı, professor Oqtay Əmir, Azərbaycandan Bahadur Bilalov çıxış edərək təşkilatçılara minnətdarlıqlarını bildirib və beynəlxalq seminarın işinə uğurlar arzulayıblar.

Sonra ölkələrin turizm potensialı ilə bağlı videoçarxlar nümayiş etdirilib, ali məktəblərin təqdimatları olub.

İkinci gün seminar işini Əskişəhərin İnönü qəsəbəsi bələdiyyəsinin iclas zalında davam etdirib. Bələdiyyə sədri Kadir Bozqurt Azərbaycan, Özbəkistan və Türkmənistanda səfərdə olduğunu və bu ölkələrə heyran qaldığını söyləyib.

Tədbirin yekununda iştirakçılar “Mövlanə” proqramı çərçivəsində əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, birgə konfransların və ixtisas müəllimlərinin təcrübə keçməsinin təşkili, müştərək tədris planlarının tərtibi, turizmə dair türk dünyası ensiklopediyasının hazırlanması və qarşılıqlı təcrübənin öyrənilməsi barədə razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.