ELM VƏ TƏHSİL


ATMU-nun müəllimi İspaniyanın Valladolid Universitetində mühazirə oxuyub

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Firuzə Raşova Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Seqoviya şəhərindəki Valladolid Universitetinin tələbələrinə hotel biznesi, dünyanın ən qeyri-adı hotelləri, onların növləri və tipləri mövzusunda mühazirə oxuyub.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, akademik heyətin mobilliyi həftəsində ATMU-nun baş müəllimi Azərbaycan turizmi və hotel biznesinin hazırkı vəziyyəti, müxtəlif ölkələrin hotel sənayesi, göstərilən xidmətlərə dair fikir mübadiləsinin təşkili, o cümlədən Valladolid Universitetinin müvafiq ixtisas tələbələri üçün nəzərdə tutulan qeyri-adi hotellərlə bağlı praktiki təqdimatın hazırlanması prosesinə rəhbərlik edib.

Akademik heyətin mobilliyi həftəsinin sonunda ATMU-nun baş müəllimi Firuzə Raşova İspaniya Krallığının Valladolid Universiteti tərəfindən sertifikata layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.