ELM VƏ TƏHSİL


ATMU-nun nümayəndələri Avstriyanın İMC Krems Universitetinin “International Staff” həftəsində

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri - Beynəlxalq əlaqələr şöbəsinin proqram direktoru Elmira Fərzəliyeva, Tədris-metodiki şöbəsinin koordinatoru Fikriyyə Məmmədova və Turizm və Qonaqpərvərlik fakültəsinin tyutoru Zeynəb Orucova Avstriyanın Krems şəhərində İMC Krems Universitetinin “Erasmus+” qrant layihəsi çərçivəsində təşkil olunan “International Staff” həftəsində iştirak ediblər.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, təlimin əsas məqsədi “İMC International Staff Week” layihəsi çərçivəsində müxtəlif ölkələrin universitetlərinin və mübadilə üzrə əməkdaş təhsil müəssisələrinin nümayəndələri arasında bilik və təcrübə mübadiləsindən ibarət olub.. Ali təhsil sisteminin keyfiyyətli idarəolunması üçün lazımi mövzuların diqqət yetirildiyi təlimdə Azərbaycandan və Avropanın bir sıra universitetlərdən nümayəndələr iştirak ediblər

Belə ki, təlimin gündəliyinə əsasən, İMC Krems Universitetinin direktoru başda olmaqla pedaqoji heyəti və departament rəhbərləri tərəfindən ali təhsildə didaktika, bakalavr və magistr işlərinə rəhbərlik və qiymətləndirmə, tədqiqat işinin aparılması, keyfiyyət menecmenti, mübadilə proqramı çərçivəsində qəbul proseduru və ali təhsil sistemində marketinq mövzularına toxunulub. Təlimlər interaktiv formada keçirilib və digər universitet nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb.

Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub. Səfər çərçivəsində iştirakçıların Kremsin üzüm bağlarına, Avropanın ikinci ən uzun çayı olan Danubeyə və Vaçau vadisinə ekskursiyası təşkil olunub.

ATMU Avstriyanın İMC Krems Universiteti ilə 15 ildir ki, ikili diplom layihəsi çərçivəsində əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.