ELM VƏ TƏHSİL
ATMU-nun nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanda qastronomik turizmlə bağlı məruzə edib


Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynov Özbəkistan “İpək yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universiteti tərəfindən Səmərqənddə keçirilən “İnsanlar və planet üçün qastronomik turizm konqresi: innovasiya, güc və mühafizə” mövzusunda beynəlxalq tədbirdə iştirak edib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, Hafiz Hüseynov tədbirdə “Azərbaycanda qastronomik turizmin inkişafı” mövzusunda məruzə ilə çıxış edib, qeyd olunan sahənin dünyaya tanıdılması məsələsinə aydınlıq gətirib. H.Hüseynov qastronomik turizmə dair sualları cavablandırmaqla yanaşı, xarici turistlər üçün nəzərdə tutulan menyuya türkdilli ölkələrə məxsus çeşidlı kulinariya məhsulu adlarının daxil edilməsinin zəruriliyini vurğulayıb.