ELM VƏ TƏHSİL


ATMU-nun rektoru İtaliyada beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov İtaliyanın Romualdo Del Bianco Fondunun baş katibi Simone Giomettinin dəvəti ilə beynəlxalq təşkilatın 21–ci Baş Assambleyası çərçivəsində təşkil olunmuş “Həyat sülhün qurucusu kimi - 2019” adlı beynəlxalq simpoziumda iştirak edib. Florensiya şəhərində keçirilən tədbirin təşkilində əsas məqsəd mütəxəssislər, akademik və professorlar səviyyəsində müzakirə və məlumat mübadiləsinin aparılmasının təmin edilməsi, “Mədəni irs”, “Destinasiya menecmenti”, “Şəhər və ərazilərin idarə olunması” mövzularında faydalı təcrübələrin dünya ölkələri və xalqları ailəsinə təşviqi, o cümlədən mədəni irsdən zövq alınması, mədəniyyətlərarası dialoqa dair məlumatlılığın artırılması olub.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə rektor İlham Mədətov “Azərbaycan Respublikasında mədəni irs: mövcud vəziyyət və yeni imkanlar” mövzusunda məruzə-təqdimatla çıxış edib.

Beynəlxalq tədbir mədəni irslə bağlı məruzələrin dinlənilməsi, İtaliyadakı müvafiq təşkilatların təmsilçiləri ilə keçirilən görüşlərlə yaddaqalan olub.

Səfər çərçivəsində İ.Mədətov İtaliyada fəaliyyət göstərən bir sıra təşkilat və təhsil müəssisələrinin nümayəndələri ilə görüşüb. İştirakçılar mədəni irslə bağlı beynəlxalq tədbirlərin kəmiyyət və keyfiyyət baxımından səmərəli həlli yollarının araşdırılması, təhsil və mədəni irs bağlılığının elmi əsaslarla əlaqələndirilməsinin əhəmiyyətini zamanın tələblərindən biri kimi dəyərləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.