ATMU-nun tələbələri baş menecerlərlə görüşmək şansı qazanıblar



Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Hotel Assosiasiyası növbəti “Future Hospitality Leaders” tədbirini Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təşkil edib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Tədbir universitet tələbələrinin qonaqpərvərlik barədə ümumi biliklərinin daha da dərinləşdirilməsi məqsədi daşıyıb.
“Hilton Baku” hotelinin baş meneceri Aykut Korkmaz, “Courtyard by Marriott Baku” hotelinin baş meneceri Eldar Əlimuradov, “Fairmont Baku”, “Flame Tovers” hotelinin baş meneceri George Ganchev və “PMD Hospitality” şirkətinin əməliyyatlar üzrə baş direktoru Georges Ubbelohde tələbələrə uğurlu karyeraqurma yollarından danışıblar.
Sual-cavab sessiyasından sonra keçirilən müsabiqənin qalibi olan 7 tələbə baş menecerlərlə təkbətək görüşmək şansı qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [18:17]
Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər
- 19.06.2025 [18:14]
Bilgə nekropolunda Atropatenaya aid qəbirlər aşkar edilib
- 19.06.2025 [17:34]
BANM Qlobal Dayanıqlı İnkişaf Konqresində təmsil olunub
- 19.06.2025 [17:25]
Mingəçevir Dövlət Universitetində əməkdar müəllimlərlə görüş
- 19.06.2025 [16:32]
Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib
- 19.06.2025 [15:33]