ELM VƏ TƏHSİL


ATMU tələbələri İsraildə istehsalat təcrübəsi keçəcəklər

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İsrailin ölkəmizdəki səfirliyinin məsul şəxsləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Diplomatik korpusun missiya müavini Doron Pe`erə bildirilib ki, 2008-ci ildən bu günədək ATMU-nun xeyli sayda tələbəsi İsrailin turizm sənayesinin nüfuzlu müəssisələrində peşəkar vərdişlərə yiyələniblər. Hazırda universitet məzunları təkcə ölkəmizin deyil, dünyanın bir sıra məşhur hotellərində rəhbər vəzifələrdə çalışırlar. Söhbət əsnasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və kommunikasiya şöbəsinin rəhbəri Səidə Məmmədova İsraildə cari tədris ilində də universitet tələbələri üçün istehsalat təcrübəsinin təşkilində maraqlı olduqlarını vurğulayıblar.

Görüş çərçivəsində ATMU və İsrailin turizm təhsili verən ali təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq imkanlarının hədəfləri nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.