ELM VƏ TƏHSİL


ATMU və Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali məktəb və Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, müqaviləni ATMU-nun rektoru İlham Mədətov və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç imzalayıblar. Sənədə əsasən türk dilinin tələbələr üçün tədrisinin təşkili, eləcə də Türkiyə Respublikasında fəaliyyət göstərən turizm və təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi əsas məqsəd olaraq müəyyənləşdirilib. Bununla yanaşı olaraq Türkiyədə fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələri ilə bağlanması nəzərdə tutulan ikili diplom proqramının icrasında Yunus Əmrə İnstitutunun dəstəyindən yararlanmaq məqsədi əsas prioritetlərdən biri sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.