ELM VƏ TƏHSİL
ATU AVROPA UNİVERSİTETLƏR ASSOSİASİYASININ TAM HÜQUQLU ÜZVÜDÜR
Azərbaycan Tibb Universiteti (ATU) Avropa Universitetlər Assosiasiyasına tam hüquqlu üzv qəbul edilmişdir.
Assosiasiyanın prezidenti professor Erik Fromentin bununla əlaqədar ATU-nun rektoru akademik Əhliman Əmiraslanovun adına görndərdiyi məktubda deyilir ki, Avropa Universitetlər Assosiasiyası Şurası aprelin 19-da bu barədə qərar qəbul edərkən Azərbaycan Tibb Universitetinin əvvəllər Dünya Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil olduğunu, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Ölkələri Ali Məktəblər Birliyinin üzv olmasını, habelə beynəlxalq miqyasda elmi-pedaqoji sahədə əldə etdiyi nailiyyətləri əsas tutmuşdur.
Professor E.Froment bu əlamətdar hadisə münasibətilə Azərbaycan Tibb Universitetinin kollektivini və onun rektoru akademik Əhliman Əmiraslanovu təbrik etmiş, ölkəmizin tanınmış ali təhsil ocağına yeni uğurlar arzulamışdır.