CƏMİYYƏT


ATU: Ali Baş Komandanın rəhbərliyi altında müqəddəs savaşda qələbənin əldə olunmasında iştirak etməyə hazırıq!

Bakı, 30 sentyabr, AZƏRTAC 

Hazırda Azərbaycan Vətən müharibəsi yaşayır. Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarından etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı başlayıb. Azərbaycan da əks-hücum əməliyyatına başlayaraq öz torpaqlarının və əhalisinin müdafiəsinə qalxıb. Artıq rəşadətli hərbçilərimiz bir neçə kəndi düşmən tapdağından azad ediblər.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri münasibətilə xalqımıza müraciəti bütün Azərbaycan xalqı kimi universitetin əməkdaşları və tələbələrini də qürurlandırıb.

Universitetin heyəti dövlət başçısının qətiyyətli addımlarını dəstəkləyir, Ali Baş Komandanın rəhbərliyi altında müqəddəs savaşda qələbənin əldə olunmasında iştirak etməyə hazır olduğunu bəyan edir.

ATU-nun Hərbi Tibb Fakültəsinin tələbələri və rezidentləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ilk gündən iştirak edirlər. Eyni zamanda, ATU klinikalarının yüksək ixtisasa malik təcrübəli və peşəkar tibbi heyəti erməni təxribatı nəticəsində yaralanan mülki əhalinin və hərbçilərin daim qulluğunda olduğunu bəyan edir.

Prezident İlham Əliyevin dediyi kimi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.