CƏMİYYƏT


ATU-da mürəkkəb ürək əməliyyatı uğurla icra edilib

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 44 yaşlı kişi üzərində mürəkkəb ürək əməliyyatı aparılıb. Klinikanın ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidovun icra etdiyi əməliyyat uğurla başa çatıb.

M.Məcidovun AZƏRTAC-a bildirdiyinə görə, xəstə şəkərli diabetdən əziyyət çəkir. Gün ərzində tütün məmulatından aşırı dərəcədə çox istifadə edən pasiyent son günlər fiziki hərəkət zamanı sinəsində hiss etdiyi ağrı səbəbindən klinikaya müraciət edib: “Müayinələr nəticəsində pasiyentə ürəyin işemik xəstəliyi, sol ana koronarın stenozu diaqnozu qoyuldu. Xəstəni təcili əməliyyata aldıq. Bu xəstəlik insan həyatı üçün olduqca təhlükəli hesab olunur. Belə ki, vaxtında aşkarlanmadıqda, fəsadı bilinmədikdə ani ölümlə nəticələnir. Normalda bu xəstəliyə əsasən 60 və daha yuxarı yaş qrupuna aid insanlarda rast gəlinir. Ailədə şəkərli diabet xəstəsi olduğu üçün pasiyentə də irsən keçib. Əməliyyat zamanı xəstə süni qan aparatına qoşuldu. Cərrahi əməliyyat bir saat yarım davam etdi”.

Hazırda bütün dünyada xəstəliklərin cavanlaşdığını deyən M.Məcidov xüsusən də şəkərli diabetdən əziyyət çəkən insanların ayda ən azı bir dəfə check-up müayinəsindən keçmələrini tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.