CƏMİYYƏT
ATU-nun Tədris Cərrahiyyə Klinikasında endirim aksiyası keçirilir
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında bütün kardioloji müayinələr xüsusi endirimlə keçiriləcək.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xüsusi check-up kampaniyasına həkim konsultasiyası, exokardioqram və EKQ daxildir.
Kampaniyadan yararlanmaq üçün (+994 12) 923, (+994 51) 923 09 23, (+994 12) 440 01 26 nömrəli telefonlarla və ya [email protected] email ünvanı vasitəsilə əlaqə saxlamaq olar.