CƏMİYYƏT


ATU-nun Tədris Cərrahiyyə Klinikasında türkiyəli rektorla görüş olub

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da İstanbul Universiteti-Cərrahpaşanın rektoru, professor Aydın Nuri Azərbaycan Tibb Universitetində (ATU) rezident, dissertant və doktorantlarla görüşüb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasında keçirilən görüşdə o, elmi işlərin yazılması və hazırlanma qaydaları haqqında mühazirə oxuyub, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Professor Aydın Nuri, həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi ilə görüşüb, klinikanın bölmələrini gəzib, burada tələbələr və xəstələr üçün yaradılan şəraitlə tanış olub. Klinikanın direktoru professor Surxay Hadıyev Cərrahpaşa Universitetinin nümayəndələrinə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, Tədris Cərrahiyyə Klinikasında diaqnostik və cərrahi istiqamətdə 20 şöbə və 18 kafedra fəaliyyət göstərir. İl ərzində burada 2800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisas fənləri üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olur.

Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Qorxmaz Əhmədov da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.