CƏMİYYƏT


ATU-nun kardioloqu Azərbaycanda Avropa Kardiologiya Cəmiyyətinin beynəlxalq sertifikatina malik yeganə həkimdir

Bakı, 4 iyul, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının kardioloqu Yasmin Rüstəmova kardiovaskulyar maqnit-rezonans tomoqrafiya (MRT) görüntüləmə üzrə sertifikasiya imtahanını uğurla verərək bu beynəlxalq sertifikata layiq görülüb.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünyada çox az sayda mütəxəssis bu sertifikata malikdir.

Qeyd edək ki, kardioloq, tibb üzrə fəlsəfə doktoru Y.Rüstəmova ürək görüntülənməsi və ürək çatışmazlığı üzrə Avropada ixtisaslaşma keçib. O, Azərbaycanda kardiovaskulyar MRT müayinəsi sertifikatının ilk və yeganə sahibidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.