CƏMİYYƏT


ATU-nun xüsusi texnika və texnologiya fakültəsinin MSN-nin müəssisələrində çalışan məzunları özlərini doğruldur

Bakı, 14 iyun, AZƏRTAC

Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov və universitetin professor-müəllim heyəti ilə nazirliyin müəssisələrində çalışan xüsusi texnika və texnologiya fakültəsinin məzunlarının görüşü keçirilib.

MSN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov qonaqlara müəssisə ilə bağlı məlumat verib və onları məzunların çalışdıqları sex və sahələrlə tanış edib. Qeyd olunub ki, respublikanın müdafiə sənayesi kompleksinin yüksək ixtisaslı kadrlara tələbatının ödənilməsi məqsədilə 2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Texniki Universitetində xüsusi texnika və texnologiya fakültəsi və müvafiq kafedralar yaradılıb. MSN-nin təşəbbüsü ilə yaradılan fakültəni indiyədək 275 tələbə bitirib. Məzunların böyük əksəriyyəti MSN-nin müəssisələrində işlə təmin olunub və onların hər birinə nazirlik tərəfindən böyük diqqət ayrılıb.

Birliyin baş direktoru İlqar Nəzərov fakültənin məzunlarından 58 nəfərin “İqlim” Elmi İstehsalat Müəssisəsində işə götürüldüyünü bildirib. O, məzunların hazırlıq səviyyəsindən və özlərini kadr kimi doğrultmaları üçün göstərdikləri səylərdən razılığını ifadə edib. Qeyd edib ki, onların əksəriyyəti az müddətdə özlərini doğruldaraq tutduqları vəzifələrdə irəliləyiblər.

Professor Xalıq Yahudov universitetin məzunlarına göstərilən diqqətə və qayğıya görə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevə və müəssisənin rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə xüsusi texnika və texnologiya fakültəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyasının və Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına ixtiraçılar klubunun nazirliyin “İqlim” Elmi İstehsalat Müəssisəsinin texniki problemlərinin həllində yaxından iştirakı tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.