Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ə.V.CƏFƏROVUN XÜSUSİ TƏQAÜDƏ LAYİQ GÖRÜLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 22 iyun 1996-ci il tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Gənc rəssam Əli Vaqif oğlu Cəfərovun adı “Qızıl kitab”a yazılsın və o, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi xüsusi təqaüdə layiq görülsün.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin