CƏMİYYƏT


AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Şamaxıda seminar keçirdi

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar növbəti seminarı Şamaxıda keçirib.

AVCİYA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə müşahidəçilərə AVCİYA-nın hazırladığı “ Müşahidəçilər üçün Yaddaş Kitabçası” təqdim olunub.

Seminar seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsi məqsədilə keçirilib.

Tədbirdə AVCİYA Seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edərək seminar iştirakçılarına bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyələrin cəmiyyətdəki hazırkı durumu, bələdiyyələrin qanunvericilik bazası, yerli özünüidarə sahəsində beynəlxalq təcrübə, Azərbaycanda bələdiyyə institutunun keçdiyi tarixi yol və digər məsələlər haqqında ətraflı məlumat verib.

Seminarda, həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçıları məlumatlandırıb.

Sonda seminar iştirakçılarının müxtəlif sualları cavablandırılıb, bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.