SİYASƏT


AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə AVCİYA-nın vitse-prezidenti Dəyanət Musayev Assosiasiyanın fəaliyyəti barədə məlumat verib. Bildirib ki, AVCİYA-nın nümayəndələri müxtəlif missiyaların tərkibində Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada keçirilən seçkiləri müşahidə ediblər. AVCİYA sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçilərin Dünya Şəbəkəsinin üzvüdür.

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, qərargah 2019-cu ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə əlaqədar müvafiq işləri özünün fəaliyyət proqramı əsasında təşkil edir. Assosiasiya 2019-cu ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət proqramına uyğun olaraq, ilk mərhələdə bələdiyyələrə aid beynəlxalq təcrübənin öyrənilməsi, bələdiyyə seçkilərinə dair qanunvericilik bankının yaradılması, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı tövsiyələrin hazırlanması, seçkiqabağı vəziyyətin monitorinqinin təşkili işlərini həyata keçirməyi planlaşdırır. Qərargahın fəaliyyətinə, həmçinin broşür və bülletenlərin hazırlanması, regionlarda seçici fəallığının artırılması üçün maarifçilik işlərinin, seçki prosesi ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və əməkdaşlığın təşkili, seçkilərin monitorinqi ilə məşğul olan digər ölkələrinin QHT-ləri ilə əməkdaşlığın genişləndirilməsi və görülmüş işlərlə bağlı KİV-ə mütəmadi məlumatlar vermək də daxildir. Qeyd olunub ki, AVCİYA seçkilərin şəffaf keçirilməsinə yardım məqsədilə 2004-cü ildən bu günədək bir sıra metodik vəsait və kitabçalar nəşr etdirib.

Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.