SİYASƏT
AVİATORLAR REFERENDUMDA FƏAL İŞTİRAK EDƏCƏKLƏR
Aviatorlar referendumda fəal iştirak edəcək və təklif olunan dəyişikliklərə səs verəcəklər. Bu, ”Azərbaycan Hava Yolları” Dövlət Konserni kollektivinin avqustun 2-də keçirilmiş yığıncağında bəyan edilmişdir.
Yığıncaqda çıxış edənlər bildirdirdilər ki, Konstitusiyanın qəbul edilməsindən ötən dövr ərzində ölkəmizdə demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqları və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi sahəsində xeyli iş görülmüşdür. Siyasi, iqtisadi, sosial və hüquqi islahatlar üçün qanunvericilik bazası yaradılmışdır. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatın üzvü olmuşdur ki, bu da ictimai və dövlət həyatının müxtəlif sahələrini tənzimləyən Əsas Qanunun təkmilləşdirilməsi zəruriliyini meydana gətirmişdir.
Bəziləri iddia edir ki, referendumda irəli sürülən müddəalar gələcəkdə demokratiyanı, fikir müxtəlifliyini məhdudlaşdıra bilər. Yığıncaqda qeyd olundu ki, bu fikrin heç bir əsası yoxdur. Azərbaycan vətəndaşlarının əksəriyyəti ölkəmizin regional və beynəlxalq təşkilatlarda mövqeyinin daha da möhkəm olmasını, daha böyük nailiyyətlər əldə etməsini, respublikamızda ictimai-siyasi sabitliyin qorunub saxlanmasını istəyir. Bütün bunların təminatçısı isə Azərbaycan Prezidenti Heydər Əliyevdir.
Tədbirin sonunda “Azərbaycan Hava Yolları” Dövlət Konserninin kollektivi adından Azərbaycan Prezidentinə müraciət qəbul edildi.