MƏDƏNİYYƏT


“AVLIJA” portalında Üzeyir Hacıbəyli haqqında məqalə dərc edilib

Bakı, 11 aprel, AZƏRTAC

Populyar “AVLIJA” portalında AZƏRTAC-ın xüsusi müxbiri Pərvanə Qarayevanın “Üzeyir Hacıbəyli Azərbaycan himninin müəllifidir” sərlövhəli məqaləsi dərc edilib (bax: https://www.avlija.me/portreti/uzeir-hadzibejli-kompozitor-himne-azerbejdzana).

AZƏRTAC xəbər verir ki, materialda dahi Azərbaycan bəstəkarının həyatı və yaradıcılığı, onun əsərləri və ictimai fəaliyyəti barədə məlumat verilir. Məqalədə qeyd edilir ki, bəstəkarın valideynləri Azərbaycan musiqi sənətinin beşiyi sayılan, el arasında “Azərbaycanın xalq konservatoriyası” adlandırılan Şuşa şəhərindəndir.

Müəllif qeyd edir ki, Üzeyir Hacıbəyli Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) himninin müəllifidir. 1920-ci ilin aprelində AXC-nin süqutu dahi bəstəkarı çox məyus etmişdi. Daha sonra qeyd olunur ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra bu himnə ikinci həyat bəxş edilib.

Məqalədə Üzeyir Hacıbəyli qələminin məhsulları olan Azərbaycan musiqi sənətinin şedevrləri – “Koroğlu”, “Şah Abbas və Xurşid Banu”, “Rüstəm və Söhrab”, Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” musiqili komediyaları barədə də qısa məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.