SİYASƏT


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN II QURULTAYI OKTYABRDA KEÇİRİLƏCƏKDİR

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Avropa Azərbaycanlıları Konqresinin II qurultayı bu ilin oktyabr ayında keçiriləcəkdir. Tədbirdə Amerika, Rusiya, Pribaltika və dünyanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları nümayəndələri də iştirak edəcəklər.

Qurultayda Avropadakı Azərbaycan diaspor təşkilatlarının daha sıx birləşmələri, vahid mərkəzdən idarə olunmaları, Konqresin gələcək fəaliyyət planı, ABŞ, MDB, Pribaltika və Uzaq Şərq ölkələrindəki soydaşlarımızla əlaqələrin intensivləşdirilməsi və digər məsələlər müzakirə olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.