SİYASƏT


AVROPA BİRLİYİNİN SƏDRİ BAKIYA GƏLƏCƏKDİR

Yunanıstanın xarici işlər naziri, Avropa Birliyinin fəaliyyətdə olan sədri Georgios Papandreu Bakıya gələcəkdir. 

Yunanıstanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mayın sonunda baş tutacaq səfərdən əsas məqsəd Azərbaycanın iqtisadi inkişafı ilə bağlı məsələləri yerində öyrənmək, lazımi yardımla bağlı məsləhətləşmələr aparmaqdır.

G.Papandreu ilə birgə Azərbaycana Avropa Birliyinin əvvəlki sədri, İspaniyanın xarici işlər naziri və Yunanıstandan sonra təşkilata sədrlik edəcək İtaliyanın xarici işlər naziri də gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.