AVROPA BİRLİYİ AZƏRBAYCANLA ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR

Bu fikir Almaniyanın Bakıdakı səfirliyində keçirilmiş mətbuat konfransında söylənilmişdir. Səfir Klaus Qrevlix, Avropa Birliyinin xüsusi nümayəndəsi Heyki Talvitye, Avropa Komissiyasının ölkəmizdəki xüsusi elçisi Antonius De Vris Avropa Birliyinin və Almaniyanın Azərbaycanla əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə danışmışlar.

Mətbuat xidmətindən bildirilmişdir ki, Avropa Birliyi təhlükəsizlik və xarici siyasət sahəsində Cənubi Qafqaz ölkələrinə eyni münasibət bəsləyir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı suallara cavab verilərkən vurğulanmışdır ki, Avropa Birliyi ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları dəstəkləyir, sülhə nail olunarsa, işğal edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına bu təşkilat əsaslı surətdə qoşulacaqdır. Avropa Birliyi Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusilə maraq göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.