İQTİSADİYYAT


AVROPA BİRLİYİ FÖVQƏLADƏ PROQRAMININ III TRANŞI HƏYATA KEÇİRİLİR

Avropa Birliyi Fövqəladə Proqramının III tranşı üzrə işlərin icrasına 10 milyon avro ayrılmışdır və bərpa işləri davam etdirilir.

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, Proqramın I və II tranşları üzrə bir çox obyektlərin yenidən qurulmasına 20 milyon avro sərf olunmuşdur. III tranş üzrə bərpa işləri M.F.Axundov adına Milli kitabxanada, Bakı şəhərinin 8 tibb müəssisəsində aparılır. Bu tibb müəssisələri müasir avadanlıq, mebel və inventarla da təchiz olunacaqdır. 3 nömrəli Sabunçu xəstəxanasının bərpasına dair müsabiqə keçirilmişdir. Bakı Radioaktiv Tullantılar Mərkəzi yenidən qurulur, kimsəsiz və əlil uşaqlar üçün 9 internat məktəbi bərpa olunur. 7 xəstəxananın tibb avadanlığı, mebellə təchizatına dair sənədlər hazırlanaraq, Avropa Komissiyasına təsdiqə göndərilmişdir.

Avropa Birliyinin III tranşının qənaəti hesabına keçirilən müsabiqələrin nəticələrinə görə, Şəki, Zaqatala və Qəbələ rayonlarında “Azəraqrartikinti” SC, İsmayıllı, Göyçay, Ağdaş rayonlarında “Azərsutəchizattikinti” SC, Naxçıvan MR-da Araz çayında Şərur Suvarma Sistemləri İdarəsi beton və daş bəndlərdə sahilbərkitmə işləri görülür. Həmin qənaət hesabına Zaqatala, Qax, Balakən, Qusar və Mərəzənin içməli su təchizatının yaxşılaşdırılması üçün müsabiqə də keçirilmiş və onun nəticələri Avropa Komissiyasına təsdiqə göndərilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.