DÜNYA


AVROPA GÜRCÜSTANA SEÇKİLƏRİN KEÇİRİLMƏSİ ÜÇÜN 6 MİLYON AVRO AYIRMIŞDIR

AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Avropa prezident və parlament seçkilərinin keçirilməsi üçün Gürcüstana 6 milyon avro ayırır. Vəsaitin 4 milyonu ATƏT-in xətti ilə, 2 milyonu isə Avropa Birliyindən veriləcəkdir. Bunu ATƏT-in Gürcüstandakı nümayəndəliyinin başçısı Roy Riv bildirmişdir. O demişdir ki, səsvermələrdə beynəlxalq müşahidəçilərin sayını artırmaq qərara alınmışdır.

Xatırladaq ki, noyabrın 2-də Gürcüstan parlamentinə seçkilərin gedişini ATƏT-in 700-dən çox müşahidəçisi izləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.