DÜNYA
AVROPA İTTİFAQINA SƏDRLİYİ DÖVRÜNDƏ ALMANİYANIN FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ AÇIQLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya hökumətinin başçısı, federal kansler Angela Merkel Avropa Parlamentinin yeni ildə ilk iclasında ölkəsinin Avropa İttifaqı (Aİ) Şurasına 2007-ci ilin birinci yarısında sədrlik fəaliyyətinin prioritet istiqamətlərini açıqlamışdır.
A.Merkel bəyan etmişdir ki, Almaniya Avropa İttifaqı Şurasına sədrliyi müddətində Aİ-nin Konstitusiya layihəsinin ratifikasiyası və qüvvəyə minməsi istiqamətində səylərini artırmaq niyyətindədir.
Təşkilatın genişlənməsindən danışan kansler bildirmişdir ki, Bolqarıstanın və Rumıniyanın quruma üzv olması ilə ümumilikdə, Avropa İttifaqının sərhədlərinin genişləndirilməsi potensialı başa çatmışdır.
A.Merkel quruma inteqrasiyaya meyilli ölkələrə, xüsusilə Qara dəniz, Mərkəzi Asiya və Qafqaz regionları dövlətlərinə Avropa İttifaqının yeni qonşuluq siyasətinə qatılmağı tövsiyə etmişdir.