DÜNYA


AVROPA İTTİFAQI FƏLƏSTİNLİLƏR ÜÇÜN AYRILMIŞ 50 MİLYON AVRO YARDIMIN ÜZƏRİNDƏN QADAĞANI GÖTÜRMÜŞDÜR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 14-də Avropa Komissiyası Yaxın Şərqdə yaranmış vəziyyəti nəzərə alaraq, fələstinlilər üçün ayrılmış 50 milyon avro əlavə yardım üzərindəki qadağanın götürüldüyünü elan etmişdir. Bu vəsaitin ödənilməsi artıq Avropa Parlamenti və Avropa İttifaqı Nazirlər Şurası tərəfindən təsdiqlənmişdir.

Əsas donor olan Avropa İttifaqı bu məbləği İsraili tanımaq istəməyən Həmas təşkilatının seçkilərdə qələbəsindən əvvəl Fələstin Muxtariyyəti üçün ayırmışdı. Amma qələbədən sonra Həmasın bölgədə vəziyyəti gərginləşdirmək cəhdlərindən sonra həmin hesab dondurulmuşdu.

Avropa Komissiyası İsrailin Qəzza bölgəsini bombardman etməsindən, bir körpünü partlatmasından və yüzlərlə fələstinlinin həlak olmasından sonra öz qərarını dəyişdirmişdir.

Avropa İttifaqının hümanitar yardım məqsədilə ayırdığı 50 milyon avro bombardmana məruz qalmış 1,5 milyon əhalinin ehtiyacları üçün nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.