DÜNYA


AVROPA KOMİSSİYASI ŞİMALİ KİPRDƏ NÜMAYƏNDƏLİYİNİ AÇMAQ NİYYƏTİNDƏDİR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Avropa Birliyinin genişlənməsi üzrə Avropa Komissiyasının komissarı Günter Ferhoygen Brüsseldə bildirmişdir ki, Avropa Komissiyasının Kiprin türklər yaşayan şimal hissəsində nümayəndəliyi olmalıdır.

O vurğulamışdır ki, nümayəndəliyin açılması Şimali Kipr Türk Respublikasının diplomatik cəhətdən tanınması demək deyildir. Adanın şimal hissəsinə nəzarət edən hökumətlə əməkdaşlıq diplomatik tanınmaya gətirib çıxarmayacaqdır. Avropa Komissiyası Kiprin şimal və cənub hissələri arasındakı “yaşıl xətt”lə bağlı problemin hüquqi həlli yolunu tapmağa çalışır.

Xatırladaq ki, aprelin 26-da Avropa Birliyi Şimali Kiprə 259 milyon avro məbləğində iqtisadi yardım ayrılması haqqında qərar qəbul etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.