SİYASƏT


AVROPA KOMİSSİYASI TÜRKİYƏNİN AVROPA BİRLİYİNƏ DAXİL OLMASI ŞƏRTLƏRİNİN RAZILAŞDIRILMASI PROSESİNƏ BAŞLANMASINA TƏRƏFDARDIR

AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, Avropa Komissiyasında xidməti informasiya kənara çıxarılaraq, mətbuata sızmışdır. Nəticədə, Avropa mətbuatı bildirmişdir ki, Avropa Komissiyasının oktyabrın 6-da yayılmağa hazırlanmış məruzəsində Türkiyənin Avropa Birliyinə qəbul edilməsinə dair danışıqlara başlanmasının zəruriliyi barədə müddəa var.

Məruzədə deyilir ki, “Türkiyənin AB-yə daxil olmasına dair danışıqların başlanması üçün o, siyasi tövsiyələri kifayət qədər yerinə yetirmişdir”.

Məlum olduğu kimi, bu danışıqlara başlayıb-başlamamaq haqqında qəti qərar dekabrın 16-17-də Avropa Birliyinin zirvə toplantısında qəbul ediləcəkdir. Lakin indi heç kimdə şübhə yoxdur ki, Avropa Komissiyası öz məruzəsində Türkiyənin AB-yə qəbulu şərtlərinin müzakirəsi prosesinə başlanması barədə tövsiyə versə, AB-nin dövlət və hökumət başçıları bu müddəanı dəstəkləyəcəklər.

Xatırladaq ki, Türkiyə Avropa Birliyinə daxil olmaq üçün 40 ildən çox əvvəl ərizə vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.