SİYASƏT
AVROPA ŞURASININ AZƏRBAYCANDA İNFORMASİYA MƏRKƏZİ AÇILMIŞDIR
V.Şvimmer dedi ki, Avropa Şurasının informasiya mərkəzi Azərbaycan ictimaiyyətinə Avropa dəyərlərinə daha dərindən yiyələnməyə imkan verəcəkdir. Bu Mərkəzin açılışı AŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafının yeni mərhələsinin başlanmasının göstəricisidir.
AŞ-nin baş katibi Prezident İlham Əliyevlə görüşünün yekunlarından danışaraq bildirdi ki, Avropa Şurası AŞPA sədri müavininin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsindən iftixar hissi duyur.
Valter Şvimmer belə informasiya mərkəzlərinin Avropanın 22 dövlətində uğurla fəaliyyət göstərdiyini xatırladaraq dedi ki, Mərkəzin açılması Azərbaycanın Avropa Şurasına inteqrasiyasının rəmzi olacaq və bu beynəlxalq qurumun fəaliyyətinin nə qədər çoxcəhətli olduğunu bir daha nümayiş etdirəcəkdir.
Sonra qırmızı lent kəsildi və mərasim iştirakçıları Mərkəzlə tanış oldular.