Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AVROPA ŞURASININ BAŞ KATİBİ CƏNAB VALTER ŞVİMMERƏ

Hörmətli cənab Baş katib, 

60 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Demokratik, humanist cəmiyyət quruculuğu yolunu tutmuş Azərbaycan Avropa Şurası ilə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir.

Ümidvaram ki, başçılıq etdiyiniz bu nüfuzlu beynəlxalq təşkilat ilə əlaqələrimizin genişlənməsinə və səmərəli əməkdaşlığımıza bundan sonra da dəstək verəcəksiniz.

Sizə möhkəm cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin