SİYASƏT
AVROPA ŞURASININ BAŞ KATİBİ VALTER ŞVİMMERİN AZƏRBAYCANA SƏFƏRİ
MİLLİ MƏCLİSDƏ TƏMSİL OLUNMUŞ MÜXALİFƏT PARTİYALARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Azərbaycan parlamentinin müxalifət partiyalarından olan deputatları ölkəmizdə “siyasi məhbuslar” problemi, seçki sistemi, seçki komissiyalarının tərkibi, formalaşması, müstəqil mətbuata münasibətlə bağlı öz fikirlərini bildirmişlər.
Avropa Şurasının baş katibi V.Şvimmer bu fikirlərə öz münasibətini bildirmişdir. O demişdir ki, siyasi məhbuslar məsələsi artıq gündəlikdən çıxmışdır. Bununla belə, gələcəkdə “siyasi məhbus” probleminin yaranmasına yol verilməməlidir.
Baş katib demişdir ki, Cinayət Məcəlləsində sovet dövründən miras qalmış müddəalar ləğv edilməlidir. Seçki Məcəlləsində Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmalıdır. O həmçinin demişdir ki, yerli idarəetməyə dair daha müasir qanunlar qəbul edilməlidir. Məhkəmə sisteminin islahatı da sürətləndirilməlidir.