SİYASƏT
AVROPA ŞURASI MƏTBUAT VƏ YENİ KOMMUNİKASİYA XİDMƏTLƏRİ ÜZRƏ RƏHBƏR KOMİTƏSİNİN NÖVBƏTİ YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Strasburqda Avropa Şurası Mətbuat və Yeni Kommunikasiya Xidmətləri üzrə Rəhbər Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda qurumun gördüyü işlər barədə məlumat verilmiş, Avropa Şurasının müvafiq sahə üzrə sənədləri nəzərdən keçirilmiş, onların müasir dövrün tələblərinə üyğün şəkildə təkmilləşdirilməsi imkanları araşdırılmış, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmış və digər məsələlər müzakirə olunmuşdur.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Nazim İsayev təmsil etmişdir.