SİYASƏT


AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ NÖVBƏTİ SESSİYASINDA

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin rəhbərliyi ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən 28-dək Strasburqda səfərdə olacaqdır.

Nümayəndə heyətinin tərkibinə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıyeva, Nairə Şaxtaxtinskaya, Vaqif Vəkilov, Qulamhüseyn Əlibəyli, Əli Abbasov, Nazim İbrahimov, Rəfael Hüseynov və Aparatın Beynəlxalq münasibətlər şöbəsinin müdiri, nümayəndə heyətinin katibi Azər Qasımov daxildirlər.

Sessiyanın gündəliyinə Azərbaycan və Ermənistan tərəfindən təşkilat qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, Moldovada demokratik institutların fəaliyyəti, Türkiyədə Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrası, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı – Dünya İqtisadiyyatı, Çeçenistanda vəziyyət, Yuqoslaviyanın quruma üzvlüyü barədə müraciəti və digər məsələlər daxil edilmişdir.

Deputatlarımız müzakirəyə çıxarılacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək, öz fikirlərini açıqlayacaqlar.

Milli Məclisin

Mətbuat xidməti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.