İDMAN
AVRO-2020: İngiltərə-Şotlandiya oyununda qapılara top vurulmayıb
Bakı, 19 iyun, AZƏRTAC
Futbol üzrə Avropa çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk matçda qələbə qazanan İngiltərə Şotlandiya ilə üz-üzə gəlib.
Londondakı "Uembli" stadionunda gerçəkləşən qarşılaşmanı ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edib. Görüş başladığı kimi qolsuz bərabərliklə bitib.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran İngiltərə Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın isə 1 xalı var.
Qeyd edək ki, qrupun Xorvatiya–Çexiya oyunu 1:1 hesabı ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [15:02]
Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]
Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər
- 18.03.2024 [22:40]
Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub
- 18.03.2024 [21:29]