İDMAN


AVRO 2020: İsveç və İspaniya yığmalarının oyununda qapılara qol vurulmayıb

Bakı, 15 iyun, İlyas Zeynallı, AZƏRTAC

İyunun 14-də futbol üzrə Avropa çempionatının E qrupunda birinci turun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Sevilyada şəhərində keçirilən görüşdə İsveç və İspaniya komandaları qarşılaşıb.

Matçda qapılara qol vurulmayıb - 0:0.

E qrupun digər görüşündə isə Slovakiya komandası Polşa seçməsini 2:1 hesabı ilə üstələyib.

E qrupunun turnir cədvəlinə 3 xalla Slovakiya komandası başçılıq edir. İkinci pillədə 1 xala malik olan İsveç, 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq İspaniya və Polşa yığmaları qərarlaşıb.

Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.