İDMAN
AVSTRALİYA YIĞMASI YAPONİYA MİLLİSİNİ SON DƏQİQƏLƏRDƏ MƏĞLUB EDƏ BİLDİ
AZƏRTAC xəbər verir ki, iyunun 12-də dünya futbol çempionatının F qrupunda ilk görüş keçirilmişdir.
Almaniyanın Kayzerslautern şəhərində Avstraliya və Yaponiya komandaları qarşılaşmışlar.
Oyunun 26-cı dəqiqəsində Yaponiya millisinin oyunçusu Sunsuke Nakamura vurduğu qolla komandasını hesabda irəli çıxarmışdır - 1:0.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ikinci hissəsinin sonlarında Avstraliya millisi üstünlüyü ələ alaraq 8 dəqiqə ərzində rəqibin qapısından 3 top keçirmişdir. Əvvəllcə, Tim Keyhill 84-cü və 89-cu, daha sonra isə Con Aloizi 92-ci dəqiqələrdə vurduqları qollarla Avstraliya yığmasının qələbəsini təmin etmişlər.
İyunun 13-də isə bu qrupun digər üzvləri - Braziliya və Xorvatiya komandaları mübarizəyə qoşulacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]