İQTİSADİYYAT
AYİB-İN BAŞÇISI BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNİN UĞURUNA ƏMİNDİR
J.Lemyer demişdir: “Layihənin həyata keçirilməsi irəliləyərsə, biz sərmayə qoyuluşunu davam etdirəcəyik. Biz Gürcüstanda vəziyyətə bələdik və onun monitorinqini keçiririk. Əminəm ki, layihənin həyata keçirilməsi davam etdiriləcəkdir”.
AZƏRTAC-ın xəbər verdiyi kimi, noyabrın 11-də AYİB-in idarə heyəti Bakı-Tbilisi-Ceyhan boru kəməri tikintisinin layihəsinə 250 milyon dollar kredit ayrılması qərarını təsdiqləmişdir.
Ümumiyyətlə, BTC layihəsi üçün kreditləri maliyyəçilərin dörd qrupu verəcəkdir. Birinci qrupa beynəlxalq maliyyə təşkilatları (AYİB, Beynəlxalq Maliyyə Korporasiyası) daxildir. Onların həm özləri vəsait ayıracaq, həm də kommersiya bankları üçün təminat verəcəklər. İkinci qrupda ixrac-kredit agentlikləri olacaqdır. Onlar altı ölkədən – ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İtaliya və Fransadan göndərilən material və avadanlığın maliyyələşdirilməsi üçün kommersiya banklarına təminat verəcəklər. Üçüncü qrup kommersiya banklarının özlərindən ibarətdir. Onların sayı 10-30 arasındadır. Dördüncü qrupa bp, Statoyl, Total və ConocoPhillips kimi iri şirkətlər daxildir. Onlar layihə üçün kreditlər ayıracaqlar.