İQTİSADİYYAT


AYİB “ŞAHDƏNİZ” LAYİHƏSİNDƏ ARDNŞ-İN PAYININ ÖDƏNİLMƏSİ ÜÇÜN KREDİT AYIRMAQ HAQQINDA QƏRAR QƏBUL EDƏCƏK

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin birinci fazasının layihəsində ARDNŞ-in payının qismən ödənilməsi üçün ona kredit ayırmaq haqqında 2004-cü ilin əvvəlində qərar qəbul edəcəkdir. Bunu AYİB-in böyük bankiri Şarlotta Filipps sentyabrın 4-də keçirilən brifinqdə açıqlamışdır.

Xanım Filippsin dediyinə görə, ARDNŞ avqustda AYİB-ə layihənin ekoloji və sosial cəhətlərinə dair məlumat təqdim etmişdir və yaxın vaxtlarda 120 günlük ictimai dinləmələr proseduru başlanacaqdır. Gözlənildiyinə görə, təxminən 200 milyon dollar məbləğində kredit bu dinləmələr başa çatdıqdan və Direktorlar Şurasına hesabat təqdim olunduqdan sonra ayrılacaqdır.

“Şahdəniz” yatağının işlənilməsinin birinci fazasının layihəsi 3,2 milyard dollar məbləğində qiymətləndirilir. Layihə çərçivəsində 900 milyon dollar dəyərində Cənubi Qafqaz qaz kəməri çəkiləcəkdir. ARDNŞ-in prezidenti Natiq Əliyev bildirmişdir ki, Azərbaycan Dövlət Neft Şirkəti öz payının 40 milyon dollarını cari ilin sonunadək ayıracaqdır. AYİB kredit verənədək ARDNŞ-in layihədəki payının qalan hissəsini onun tərəfdaşları maliyyələşdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.