DÜNYA
AYİB Tbilisi Metropoliteni üçün Rusiyadan vaqon almaqdan imtina edib
Tbilisi, 13 mart, AZƏRTAC
Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) Tbilisi Metropoliteni üçün Rusiyadan vaqon alınmasından imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə AYİB məlumat yayıb.
Bildirilir ki, AYİB Tbilisi Metropoliteni üçün Rusiyanın “Metrovaqonmaş” kompaniyasından 50 miliyon avro dəyərində vaqon alınmasından imtina edib.
Məlumatda deyilir ki, Rusiyanın “Metrovaqonmaş” kompaniyası Tbilisi Metropoliteni üçün 44 ədə yeni vaqon alınması ilə bağlı tenderin qalibi olub.
AYİB həmin vaqonların alınması üçün 50 milyon avro kredit ayırmalı idi. Bank rəhbərliyi kreditin ayrılmasından imtina edib.
Tbilisi meriyasından AYİB-in qərarının səbəbləri barədə məlumat verilməyib. Bununla belə bildirilir ki, Tbilisi metrosunun yenidən qurulması işləri davam etdiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi