İQTİSADİYYAT


AYİB-in ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakına dair müzakirə aparılıb

Bakı, 18 may, AZƏRTAC

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində Bankın Avrasiyada infrastruktur üzrə direktoru Ekaterina Miroşnik ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Bankla uğurlu əməkdaşlığı vurğulanıb, ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tərəfdaşlıq potensialı diqqətə çatdırılıb.

Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin Bankın ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakını müzakirə ediblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.